Milli Məclisin deputatı Jalə Əhmədova Yeni il ərəfəsində Salyan rayonunda seçiciləri ilə növbəti görüş keçirdib. Ulusal.az- a bu barədə millət vəkili məlumat verib.
“İlk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarını qəbul etdim, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlandım. Seçicilər əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışdılar və qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərməyimi xahiş etdilər.
Qəbul zamanı seçicilərimi narahat edən problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi bildirdim.”- deyə millət vəkili Jalə Əhmədova bildirib.