image-2000x150
image-img-20231118-wa0016backend

Millət vəkili seçiciləri ilə görüşdü – FOTO

image-728x90

Millət vəkili Jalə Əhmədova noyabrın 17-də Salyan rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə millət vəkili saytımıza açıqlamasında bildirib.

“Qəbulda şəhid ailələri, qazilər və digər rayon sakinlərini qəbul edərək dinlədim, problemləri ilə maraqlandım. Seçicilərimi ən çox narahat edən məsələlər barədə qeydiyyatlar aparıb, həlli üçün səlahiyyətlərim çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi bildirdim. Onu da qeyd edim ki, seçicilər işsizlik problemi ilə yanaşı, həm də Salyan Mərkəzi Rayon Xəstəxanasının fəaliyyətindən şikayətləndilər.

Rayonun əsas səhiyyə ocağında baş verən xoşagəlməz hallar barədə çoxsaylı vətəndaş şikayətlərini təəssüf hissi ilə qeyd edir və bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğu siyasəti hər bir məmur üçün prioritet olmalıdır!

Çox inanmaq istəyirəm ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi vətəndaş narazılığı yaradan şikayətlərin aradan qaldırılması üçün müvafiq addımlar atacaqdır.”- deyə Jalə Əhmədova bildirib.

image-img-20231118-wa0016 image-img-20231118-wa0015

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90