Dekabrın 6-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyib.
Qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, Sulutəpə qəsəbəsndə Pənahabad, Xələtli və digər ətraf küçələrə axan çirkab suların qarşısının alınması üçün “Azərsu’ ASC-nin mütəxəssisləri tərəfindən yerdəki vəziyyətin öyrənilib düzgün qərar çıxarılmasına, Yeni Yol küçəsi və 103 saylı tam orta məktəbə gedən yolun alt hissəsinə toplanan çirkab sularının qarşısının alınmasına, Xocəsən inzibatı ərazi dairəsinin Çicək yaşayış massivi, Qəhrəmanlar küçəsində “ANT İnşaat” yaşayış kompleksində abad məhəllənin yaradılmasına, xeyir-şər evinin tikilməsinə və ərazidə 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin hüdudları daxilində seşki məntəqəsinin yaradılmasına, qəsəbənin ayrı-ayrı yaşayış məhəllələrində elektrik enerjisi təminatında yaranan fasilələrin aradan qaldirılmasına,elektrik enerjisi gərginliyinin tez-tez dəyişməsinin qarşısının alınması üçün yeni trasformatorların quraşdırılmasına və siradan çıxan yeraltı kabellərin yenilənməsinə, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, işə qəbul olunmalarına, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım olunmasına, və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər, hər belə qəbul və görüşlərin cənab Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməkliklə bağlı verdiyi tövsiyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.
Belə qəbulların mahiyyəti deputat–seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.