image-2000x150
image-img-20240404-wa0097backend

Millət vəkili Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib

image-728x90

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva aprelin 4-də Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək onların problemlərini dinləyib.

Qəbula gələnlər qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, Xocəsən, Sulutəpə qəsəbələrində və Çiçək yaşayış massivində məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının başa çatdirilmasına, Çiçək yaşayış massivinə kanalizasiya və su xətlərinin çəkilməsinə, qəsəbənin ayrı-ayrı yaşayış məhəllələrində elektrik enerjisi təminatında yaranan fasilələrin aradan qaldirılmasına,elektrik enerjisi gərginliyinin tez-tez dəyişməsinin qarşısının alınması üçün yeni trasformatorların quraşdırılmasına, işə qəbul olunmalarına, şəxsi problemlərin həll edilməsi üçün maddi yardım verilməsinə, vətəndaşları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Qəbulda iştirak edənlər  göstərilən diqqətə, səmimiyətə görə  minnətdarlıqlarını bildirdilər, qaldırılan məsələlərin tezliklə  həll olunacağına əminliklərini bildirdilər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Ramiz Həsənzadə və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.
Belə qəbulların mahiyyəti deputat–seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.

image-img-20240404-wa0092 image-img-20240404-wa0097 image-img-20240404-wa0098 image-img-20240404-wa0099 image-img-20240404-wa0100 image-img-20240404-wa0101

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90