Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə Vətən müharibəsinin bir qrup qazisi ilə görüşüb.
Qazilərlə ətraflı söhbət edən Q.Paşayeva, onların ürək sözlərini dinləyib, özlərinin və ailələrinin qayğıları ilə yaxından maraqlanıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə yüksək diqqət-qayğısından söz açıb, hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu üçün də əsil örnək olduğunu deyib. Q.Paşayeva qazilərlə hər bir görüşün onun üçün əziz, doğma görüş olduğunu bildirib, onların şəhid olan cəbhə yoldaşlarının əziz ruhuna dərin ehtiramını yetirib.























