image-rt-reklam
image-fb_img_1709050637387backend

Millət vəkili qəbul keçirdi – FOTOLAR

image-728x90

“Bu gün seçicilərimizlə növbəti görüşümüzü keçirdik, onları narahat edən və maraqlandıran məsələlər ətrafında fikir mübadiləmiz oldu.” – bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Ulusal.az-a açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, qəbulda məşğulluq, sosial təminat, hüquqi yardım, daşınmaz əmlak məzmunlu problemlər dinlənilib. “Dairəmizin infrastruktur çətinlikləri ilə bağlı ayrıca söhbətimiz oldu. Bu gündən etibarən rayon İcra Hakimiyyətinin dəstəyi ilə küçə və dalanlar olmaqla 14 ünvanda işıqlandırma probleminin həllinə başlanılıb. Sakinlərin müraciəti və bizim təşəbbüsümüz əsasında küçə və dalanların işıqlandırılmasında mövcud olan nasazlıqlar aradan qaldırılır, köhnə çıraqlar yeniləri ilə əvəzlənir. Daha bir ünvan – Nərimanov prospekti 24/57-də isə təşəbbüsümüzlə sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə abadlıq işlərinə başlanıb. Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək.”- deyə millət vəkili bildirib.

Elnur Allahverdiyev qeyd edib ki, qarşıdakı günlərdə qəbul zamanı səsləndirilən digər məsələlərin də həlli istiqamətində fəaliyyət göstərəcəyik, müvafiq icra hakimiyyəti orqanlarına müraciətlərimiz olacaq.

image-fb_img_1709050647625 image-fb_img_1709050643317 image-fb_img_1709050640465 image-fb_img_1709050637387 image-fb_img_1709050634656 image-42jpg-1709039444

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90