image-rt-reklam
image-1backend

Millət vəkili: “Paylan və onun kimi daşnaklar xəstə ideologiyadan əl çəkmirlər”

image-728x90

“Onlar qonşularla konfrantasiya yolunu tutmaqla, xoşbəxtliklərini gah ruslara, amerikalılara, fransızlara sığınmaqda görürlər. Hər dəfə də burunları əzilib, özləri ziyan çəkiblər”.

“Erməni əsilli sabiq deputat Qaro Paylanın Ermənstanda səsləndirdiyi fikirlər haqlı olaraq Azərbaycan və Türkiyə ictimaiyyətinin  narazılığına səbəb olub. Bu, bir daha göstərdi ki, ermənilər tarixdən düzgün nəticə çıxarmaq istəmir”.

Bu barədə “Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Paylan və onun kimi daşnaklar xəstə ideologiyadan əl çəkmirlər:

“Onlar qonşularla konfrantasiya yolunu tutmaqla, xoşbəxtliklərini gah ruslara, amerikalılara, fransızlara sığınmaqda görürlər. Hər dəfə də burunları əzilib, özləri ziyan çəkiblər. Bu zat, Türkiyə Böyük Millət Məclisində PKK-nın siyasi qanadı hesab olunan HDP-nin siyahısı ilə millət vəkili olub. Deputat olduğu vaxtlarda da, xarici ağalarının təhriki ilə, Türkiyə dövlətçiliyinə, ərazi bütövlüyünə yönəlik provakativ çıxışları ilə yadda qalıb. Xatirimdədir, belə çıxışların birində, qardaş ölkənin o zamankı xarici işlər naziri, Azərbaycanın dostu Mövlud Çavuşoğlu Paylanın cavabını layiqli şəkildə vermişdi. Doğulub, boya-başa çatdığı, bütün imtiyazlarından istifadə etdiyi dövlətə qarşı xəyanətkar mövqe tutan xəyanətkarlardan hər şey gözləmək olar. Yeri gəlmişkən, belə davranışlar Türkiyə ermənilərində genetik xarakter daşıyır. Uzun illər ərzində, saxta “genosid” ideyasını əllərində bayraq tutaraq, ən kiçik məsələlərlə belə Avropa Şurasına, BMT-na və digər beynəlxalq təşkilatlara şikayət etməklə, Türkiyə dövlətini təzyiq altında saxlamaq ermənilərin həyat tərzinə çevrilmişdi. Bu gün də, həmin siyasət aparılır. Ermənilər tarixi missiyalarını “şərəflə” yerinə yetirirlər”.

Parlament üzvü vurğulayıb ki, Qaronun, “Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalamasının, sadəcə 3-5 il vaxt qazanmaq və revanş götürmək üçün lazımdır” kimi sərsəm fikirlərini səsləndirməsi təsadüfi deyil:
“Hər kəsə bəllidir ki, sülh müqaviləsinin əsasını təşkil edən 17 bənddən 15-i artıq razılaşdırılıb və yerdə qalan iki bəndlə də bağlı mövqelər uzlaşdırılır. Bu da, daxildəki daşnak-millətçiləri ilə yanaşı, xaricdəki diasporaları, lobbi təşkilatlarını ciddi şəkildə narahat edir. Söhbət böyük pullardan gedir. “Erməni məsələsi”nin gündəmdən çıxarılması, milyardlarla çirkli pulun əldən çıxması deməkdir. Ona görə də, Qaro Paylan kimi yaramazların əli ilə prosesi pozmağa cəhd edirlər. Əminəm ki, arzuları ürəklərində qalacaq. Toparlanıb, yenidən müharibəyə başlasalar, daha ağır məğlubiyyətə uğrayacaqlar. Burada, bizim çıxaracağımız bir nəticə var. Dünyada Qaro kimi xəstə, xam xəyallar quran ermənilərin sayı kifayət qədər çoxdur. Ona görə də, nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişikliklər etməyib, sülh müqaviləsini imzalamaq olmaz”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90