image-2000x150
image-fb_img_1681804348958backend

Millət vəkili növbəti səyyar qəbul keçirib – Fotolar

image-728x90

Millət vəkili Elnur Allahverdiyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla sakinlərin növbəti səyyar qəbulu keçirib. Millət vəkili Elnur Allahverdiyev  Ulusal.az-a qəbulla bağlı fikirlərini bölüşüb:”Rayonun icra strukturları və bələdiyyə rəhbərliyinin iştirakı ilə keçən səyyar qəbul  hər ay azı bir dəfə gerçəkləşir. Belə tədbirlər vətəndaşlara problemlərini həm deputata, həm də icra orqanlarının nümayəndələrinə deməyə imkan verir. Bir çox hallarda problemlər yerində həllini tapır. Dünənki görüşdə məni xüsusilə sevindirən bir məqam oldu. Müxtəlif vaxtlarda edilmiş müraciətlər əsasında həllinə nail olduğumuz məsələlər var. Vətəndaş deputata müraciət edib, biz isə öz növbəsində çözüm üçün İcra Hakimiyyətindən kömək istəmişik. Dünən belə müraciətlər etmiş seçicilərimizi görmək, onların problemlərinin həllindən razılıqlarını eşitmək təbii ki, xoş oldu. İcra strukturları ilə sıx əməkdaşlıq ilk baxışda çətin təəssürat yaradan problemlərin çözümündə həlledici rol oynayır.

Dünənki görüşdə məşğulluqla bağlı bir neçə müraciəti dinlədik. Onların hamısını olmasa da, bir qismini İcra Hakimiyyəti həll etməyə çalışır və ortada nəticə də var. Rayonda təsirli mexanizmin əsası qoyulub: özəl sektorun təmsilçiləri ilə əməkdaşlıq formatında məşğulluq problemlərinin həlli. Fikrimcə, bu, tək vətəndaş və dövlət deyil, özəl şirkətlər üçün də kadr təminatı baxımından əlverişli yoldur.”

image-fb_img_1681804351996image-fb_img_1681804348958image-fb_img_1681804343878image-fb_img_1681804341070image-fb_img_1681804338264image-fb_img_1681804335740image-fb_img_1681804330895image-fb_img_1681804328588image-fb_img_1681804326130image-fb_img_1681804323249

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90