Millət vəkili İqbal Məmmədov Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulu Murya kəndində keçirib. Qəbulda Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Livədirqə, Əvilə, Qədimkücə, Mastail, Murya, Nüsomurya və Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib. Vətəndaşlarla görüş zamanı onları narahat edən məsələlər, sıxıntı və problemləri ətraflı müzakirə etdik və yerində aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verilib.