image-rt-reklam
image-0fae0e87-0592-4b0b-821a-0f6e96c2f034backend

Millət vəkili Lökbatan da bir qrup vətəndaşı qəbul edib – FOTO

image-728x90

Dekabrın 6-da Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının inzibatı binasının qəbul otağında müraciət edən vətəndaşları qrup və fərdi şəkildə qəbul edərək onların müraciət və təkliflərini dinləyib.

Ulusal.az xəbər verir ki, vətəndaşlar Lökbatan qəsəbəsində 1-ci massivdə məhəllədaxili yolun işıqlandırılması,Yunus Mirzəyev kücəsi 4 ünvanında yerləşən yaşayış binasının damının təmir edilməsi, ərazi üzrə qeydiyyat, işə qəbul olunmaları, ünvanlı sosial yardım, şəxsi problemlərinin həllinə maddi yardım göstərilməsi və bir sıra sosial məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Müraciət edənlər bildiriblər ki, belə görüşlər deputat-seçici münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.

image-58aaa8eb-ac4e-47c2-96de-69b997cf3810 image-838f6736-b4fe-45c8-9f7e-b332f63343cc image-7081c85f-23b3-4c50-8026-46c251f98b43image-ea16fcae-082f-4107-b28a-55b6da62b273

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90