image-2000x150
image-jale-2backend

Millət vəkili Jalə Əhmədova: “İsrail Prezidentinin ölkəmizə səfəri Azərbaycan-İsrail münasibətlərinə dəyərli töhfə oldu”

image-728x90

İki gün əvvəl İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyev mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirdi ki, bu səfər ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir və ikitərəfli əlaqələrimizi gücləndirəcək.

İki ölkə arasında çox fəal siyasi dialoq olduğunu deyən dövlət başçımız cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktını əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə kimi dəyərləndirdi. Qarşılıqlı ticarət dövriyyəmizin 1,7 milyard ABŞ dollarından çox olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
Dövlət başçımız diqqətə çatdırdı ki, iki ölkə arasında etibarlı əməkdaşlıq əlaqələri var və uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. Perspektiv əməkdaşlıq istiqamətində irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.
Yeni əməkdaşlıq sahələrindən biri də kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir.
Müdafiə sənayesi sahəsində də uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Yəhudi icması əsrlərdir ki, Azərbaycanda yaşayır və yəhudi icmasının üzvləri Azərbaycan vətəndaşları kimi ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və ölkəmizin ərazi bütövlüyü uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşmuşlar.
Bu gün İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələrimiz, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belədir.
Cari ilin 30 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Əminliklə söyləmək olar ki, bu önəmli əməkdaşlıq müqaviləsi ölkəmizdə səhiyyə sahəsinin inkişafına öz dəyərli töhfələrini verəcəkdir.

Jalə Əhmədova

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90