KİV ötən əsrin məxfiliyi silinmiş sənədləriтш dərc etməyə davam edir.
Ulusal.az xəbər verir ki, Kennedinin qətlinin araşdırılması ilə yanaşı, “soyuq müharibə” dövründə MKİ-nin SSRİ-yə qarşı həyata keçirdiyi bəzi xüsusi əməliyyatların təfərrüatları məlum olub.
Bəlli olub ki, Amerika xüsusi təyinatlıları Kubadan SSRİ-yə dəniz yolu ilə gətirilən bir neçə yüz kisə şəkəri zəhərləyiblər. “Washington Post” sənədləri araşdırdıqdan sonra yazır ki, Odessada zəhərlənmiş şəkər emal edilərək rəflərə göndərilib. “Məxfi əməliyyat zamanı MKİ Kubadan Sovet İttifaqına gedən yük gəmisində 800 kisə xam şəkəri çirkləndirib. Çirkləndirici spirtin denaturasiyası prosesində istifadə edilən kimyəvi maddə idi və bu, şəkərin bütün partiyasını – 80 000 kisəni Sovet İttifaqında emal edildikdə insan istehlakı üçün yararsız hala gətirdi”, – sənəddə deyilir.
Nəşr onu da yazır ki, zəhərli maddə hətta emal olunduqdan sonra da insanlara çox güclü təsir edib. Onlar uzun müddət yemək və ya içmək həvəslərini itiriblər.
MKİ sənədlərində deyilir ki, əməliyyat nəticəsində Sovet İttifaqı 1962-ci ilin məzənnəsi ilə təxminən 400 min dollar itki verib.
Daha əvvəl MK yazıb ki, məxfiliyi ləğv edilmiş sənədlər MKİ-nin sovet bloku ölkələrinin vətəndaşları üçün nəzərdə tutulan qida məhsullarına zəhərli maddələr əlavə etməklə terrorla məşğul olduğunu göstərir. Bundan əlavə, MKİ mütəxəssisləri ADR-də inəkləri zəhərləyib, uşaq südünə sabun qatıblar.Publika.az