“Yaxın bir il ərzində metroda gedişhaqqının artacağı gözlənilmir”.
Ulusal.az xəbər verir ki, bu sözləri iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, əhalinin narahatlığına əsas yoxdur:
“Metro əhali üçün sosial cəhətdən önəm daşıyan nəqliyyat vasitəsidir. Bu səbəbdən sözügedən qurum həmişə dövlət tərəfindən subsidiyalaşdırılır. Metrolarda gedişhaqqının bahalaşması ilə bağlı iddialar əsassızdır. Çünki bu qurum il sonunda həmişə cəmiyyət üçün buna bənzər açıqlamalar verib. Bir nəfər üçün daşınma xərcinin 68 qəpik olması, gedişhaqqının yenidən yüksələcəyi mənasına gəlmir. Çünki bu məsələlər dövlət tərəfindən tənzimlənir. Burada hər hansı bahalaşma anonsundan söhbət gedə bilməz”.Yeni Sabah