image-rt-reklam
image-1backend

Metro səhər saat 04:00-dan işləyəcək

image-728x90

Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.

Bununla bağlı Bakı Metropoliteninin də iş sisteminin dəyişdiriləcəyi bildirilir. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Ulusal.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, bunun bağlı quruma məktub daxil olub.

“Hazırda həmin məktuba baxış keçirilir. Qərar veriləndən sonra istimaiyyətə əlavə məlumat veriləcək”.(Publika)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90