image-2000x150
image-999backend

Metaxe Akopyan: “Vəziyyətimiz inanılmaz dərəcədə dəhşətlidir”

image-728x90

“Qarabağda yaşayan ermənilərin heç bir ümidi yoxdur. Qarabağdakı hakimiyyət ümidlərini ayrı-ayrı şəxslərə bağlayır və bununla da ictimaiyyəti çaşdırır. Yəni yeni xilaskarların üzə çıxmasını gözləyirlər. Bu yolla yalançı nikbinlik pərdəsi yaradaraq, onsuz da son dərəcə pis vəziyyətdə olan Qarabağ ermənilərini təhlükəli stupora atırlar”.  Ulusal.az xəbər verir ki, bu sözləri Qarabağdakı separatçıların nümayəndəsi, özünü “deputat” kimi təqdim edən Metaxe Akopyan deyib.

Akopyan bildirib ki, Volkovun yerinə gələn yeni komandana böyük ümid bəsləmir. “Sülhməramlıların və ya onların yeni komandirinin Azərbaycan tərəfindən yeni quraşdırılmış nəzarət-buraxılış məntəqəsini yığışdırmağa nail olacağını düşünmürəm. Ona görə yox ki, Rusiya tərəfi zəifdir və ya ona tapşırılan funksiyaları lazımınca yerinə yetirmir. Ona görə ki, Qarabağdakı hakimiyyət günahı atmaq üçün yer axtarırılar. Digər tərəfdən, bu cür şayiələri yaymaqla onlar öz susqunluqlarına, eləcə də Ermənistan hakimiyyətinin cinayətkar hərəkətsizliyinə və Qarabağın təslim edilməsində bilavasitə iştirakına haqq qazandırırlar”.

Erməni separatçısının sözlərinə görə, Arayik Harutyunyan tərəfdarları hazırda humanitar yardım məsələsi ilə məşğul olur. “Onlar dünən bir neçə maşın humanitar yükün Qarabağa çatdırılmasını qəhrəmanlıq kimi təqdim edirlər. Onlar sərhəd buraxılış məntəqəsinin qurulmasından da əvvəlcədən xəbərdar olublar. Ona görə də, susqun şəkildə qarşıladılar. İndi də özlərini elə göstərirlər ki, sanki Qarabağda heç bir problem yoxdur, təkcə humanitar yüklərin daşınması məsələsi var. Qarabağda isə bu gün insanların sosial vəziyyəti ağlasığmaz dərəcədə dəhşətlidir. Gurgen Nersisiyanın danışdıqları isə yalandan başqa bir şey deyil”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90