image-rt-reklam
image-1backend

Məsud Pezeşkian Azərbaycan dilində jurnalistlərlə zarafat etdi – “Müxbir olsam, nə soruşacağımı öyrənməliyəm”

image-728x90

İran Prezidenti Məsud Pezeşkian jurnalistlərlə görüşündə maraqlı və yumor dolu anlar yaşanıb. Görüş zamanı jurnalistlərdən biri ona mikrofon uzadaraq: “Müxbirlərdən siz soruşun” deyib.

Ulusal/az xəbər verir ki, Pezeşkian isə gülümsəyərək cavab verib:

— “Sual soruşum? Qarşımda mikrofon var, buna ehtiyac yoxdur?”

Prezident daha sonra əlavə edib:

— “Müxbir olsam, nə soruşacağımı öyrənməliyəm!”

Qeyd edək ki, Pezeşkianın bu sözləri Azərbaycan dilində səsləndirməsi tədbirdə iştirak edənlər tərəfindən təbəssümlə qarşılanıb. İran Prezidentinin jestləri və səmimi üslubu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90