Bu gün ABŞ, Kanada və Meksika komandaları arasında keçirilən Liqa Kubokunun yarımfinal oyunları keçirilib.
Ulusal.az xəbər verir ki, superulduz Lionel Messinin çıxış etdiyi “İnter Mayami” “Filadelfiya” ilə qarşılaşıb. Görüş Mayami təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Leo bu görüşdə fərqlənərək komandasının qələbəsində pay sahibi olub. Bununla da o, “İnter” formasıyla meydana çıxdığı 6-cı oyunda da fərqlənib. Messi yeni komandasında artıq 9 qol vurub.
Oyundakı digər qolları Josef Martines, Xordi Alba və David Ruiz vurub.
“İnter Mayami”nin finaldakı rəqibi də müəyyənləşib. Devid Bekhemin sahibi olduğu komanda avqsutun 19-da keçiriləcək həlledici görüşdə “Monterrey”i 2 cavabsız qolla məğlub edən “Neşvil”lə qarşılaşacaq.