image-rt-reklam
image-1backend

Messi Azərbaycan millisini dünya çempionluğu münasibəti ilə belə təbrik etdi

image-728x90

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi minifutbol üzrə dünya çempionu olan Azərbaycan milli komandasını təbrik edib.

Ulusal.az xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə “İnstaqram” hesabında paylaşım edib.

“Azərbaycan millisini və xalqını minifutboldakı çempionluğa görə təbrik edirəm. Sizə sevgilərimi göndərirəm. Bu uğurdan həzz alın”, – deyə Messi videoda bildirib.

Qeyd edək ki, iyunun 1-də Azərbaycan milli komandası tarixində ilk dəfə minifutbol üzrə dünya çempionu olub. Yarış Bakıda keçirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90