“Ermənistanla Azərbaycan arasında demarkasiya 1975-ci ildə həyata keçirilə bilməz. Çünki həmin xəritədə göstərilənlər real dövlət sərhədləri deyil”. Ulusal.az xəbər verir ki, bu iddia ilə “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan çıxış edib.
O bildirib ki, beynəlxalq hüquq baxımından Ermənistan və Azərbaycan beynəlxalq subyektlər deyildilər. “Ona görə də onların dövlət sərhədləri ola bilməzdi. Amma bu o demək deyil ki, Ermənistanla Azərbaycan arasında heç vaxt dövlət sərhədi olmayıb”.
Arakelyan daha sonra iddia edib ki, 1920-ci ilin noyabrından 1922-ci ilin martına qədər Ermənistan və Azərbaycan beynəlxalq hüquq baxımından de-yure müstəqil dövlətlər idi. “Yalnız 1922-ci ildə martında Ermənistanın qoşulduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaradıldı. Üstəlik, SSRİ daha sonra, 1922-ci ilin dekabrında təsis edildi. Nəticədə Ermənistan və Azərbaycan 1922-ci ildə beynəlxalq hüquq nöqteyi-nəzərindən dövlət sərhədinə malik idilər. Bu sərhədlə SSRİ-yə qoşulduqdan sonra nisbi şəkil aldı”.
Partiya sədri məhz bu məntiqdən çıxış edərək qeyd edib ki, Ermənistan və Azərbaycanın sərhədlərinin müəyyən edilməsi yalnız 1922-ci il xəritəsinə əsaslanmalıdır.
P.S. Mesropun bu fikri məntiqsizdir. Çünki Azərbaycan və Ermənistan hələ 1922-ci ildən əvvəl, 1918-ci ildə müstəqil dövlətlər olublar. Həmin dövrdə isə iki ölkə arasında sərhədlər olub. 1920-1922-ci illərdə isə Azərbaycan və Ermənistan faktiki olaraq Rusiyanın işğalı altında olub. Bu isə o deməkdir ki, həmin dönəmdə hər hansı sərhəddən söhbət gedə bilməzdi. Ona görə də, bu məntiqlə yanaşsaq, iki ölkə arasında sərhədlərin müəyyən edilməsi hər iki dövlətin müstəqil olduğu dövrün sərhədləri ilə müəyyən edilməlidir.jamaz