Moskvada “Metropolis” ticarət mərkəzində yanğın başlayıb.
Ulusal.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalında məlumat yayıb.
İlkin məlumatlara görə, yanğın binanın birinci mərtəbəsində, MTS-in server otağında yayılmağa başlayıb. Binadan 30 nəfər təxliyə edilib.
Hadisə yerində təcili xidmətlər işləyir. Vəziyyətlə bağlı başqa məlumat verilmir.