image-rt-reklam
image-1backend

Məşhur telekanala hücum oldu: Çoxsaylı ölən var

image-728x90

Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verir ki, Qazaya edilən İsrail hücumu nəticəsində kanalın bir neçə əməkdaşı həlak olub.

Həlak olanlar arasında müxbirlər Anas Əş-Şərif və Məhəmməd Kraykə, operatorlar İbrahim Zaher, Məhəmməd Nufal və Moamen Aliva da var. Onlarla birlikdə daha iki nəfər də həyatını itirib. Kanalın məlumatına görə, beş əməkdaş “Şifa” xəstəxanasının girişində yerləşən çadırda olublar.

İsrail Müdafiə Qüvvələri (Çaxal) hücumun həyata keçirildiyini təsdiqləyərək, Anas Əş-Şərifi xüsusi hədəf aldıqlarını bildiriblər. İsrail hərbi mənbələrinin iddiasına görə, o, jurnalist kimi fəaliyyət göstərsə də, “HƏMAS-ın mülki və hərbi obyektlərə raket hücumlarının təşkili məsuliyyətini daşıyır”.

Çaxal məlumat verib ki, Əş-Şərif “İsrail mülki və hərbi obyektlərinə raket zərbələrinin planlaşdırılması və həyata keçirilməsi ilə məşğul olub və “Əl-Cəzirə” telekanalının müxbiri kimi gizlənib”. İsrail ordusunun mətbuat xidməti bildirir ki, “Əl-Cəzirə” redaksiyası əməkdaşlarının HƏMAS döyüşçüsü olduğunu inkar etsə də, Qəzza əməliyyatı zamanı tapılan sənədlər bu faktı təsdiqləyib. Xüsusilə Anas Əş-Şərifin adı HƏMAS döyüşçülərinin siyahılarında, təlim gündəliklərində, təşkilatın telefon kitabçasında və maaş siyahılarında yer alıb.

İsrail ordusu bildirir ki, “mülki şəxslərə zərərin minimuma endirilməsi üçün dəqiq hədəfli silahlar istifadə olunub, hava müşahidəsi aparılıb və əlavə kəşfiyyat məlumatları toplanıb”.

“Əl-Cəzirə” isə əməkdaşlarına edilən zərbəni “mətbuat azadlığına qarşı açıq və qəsdən edilmiş hücum” adlandırıb.

Qeyd edək ki, İsrail Qəzza sektoruna xarici jurnalistlərin girişinə qadağa qoyub, buna görə bir çox dünya mediası yerli müxbirlərdən istifadə edir. Həlak olan 28 yaşlı Anas Əş-Şərif isə son günlərdə sosial şəbəkədə İsrailin Qəzza şəhərinin şərq və cənub hissələrini intensiv bombardman etdiyini yazıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90