image-2000x150
image-1336929_hds4irkvb5backend

Məşhur nəşrdən ŞOK İDDİA: ABŞ kütləvi qırğın silahını Azərbaycan, Ermənistan və…

image-728x90

COVID-19-un bir alt variantı “Acturus” əvvəl formalaşmış toxunmulmazlığını itirməyə başlayır.

Ulusal.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

“Çox yüksək yoluxuculuğa malikdir, hətta sələflərindən daha yoluxucu. Hər hansı kiçik təmas infeksiyayanın yayılmasına səbəb olur. Biz hələ də bu virusu tədqiq edirik”,- o deyib.

“Bloomberg”ə görə, yaxın onillikdə dünya COVID-19 pandemiyası qədər təhlükəli yeni bir pandemiya ilə üzləşə bilər. Proqnozda deyilir ki, viruslar daha tez-tez ortaya çıxdığından, COVID-19 kimi ölümcül pandemiyanın növbəti onillikdə başlaya bilməsi ehtimalı 27,5% təşkil edir.

Qeyd edilir ki, bu, iqlim dəyişikliyi, beynəlxalq səyahətlərin sayının artması, əhalinin sayı və zoonoz xəstəliklərin təhlükəsi ilə bağlıdır.

Nəşr qeyd edir ki, bunun fonunda ABŞ Müdafiə Nazirliyi postsovet məkanında bir sıra bioloji laboratoriyalarda təmir işləri aparmaq niyyətindədir. Söhbət Ermənistan, Azərbaycan, Özbəkistan, Gürcüstan və Qazaxıstandan gedir. ABŞ-ın Ukraynadakı biolaboratoriyalarının fəaliyyətinin araşdırılması üzrə parlament komissiyasının hesabatında qeyd olunduğu kimi, Vaşinqton kütləvi qırğın silahının yeni növünü – universal gen mühəndisliyi bioloji silahı yaratmaq məqsədini güdür.Publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90