Fransanın cənub-qərbində yerləşən Adrian Dubuche Terracotta Muzeyi qarət edilib. Ulusal .az xəbər verir ki, bu barədə Paris Match məlumat yayıb.
Oğurluq bu gün, sentyabrın 4-də baş verib.İlkin qiymətləndirməyə görə, muzeydən ümumi dəyəri 9,5 milyon avro olan bir sıra eksponatlar oğurlanıb.
Oğurlanan eksponatlar fərdi şəxsə məxsus olub və Çin terakotasına həsr olunmuş müvəqqəti sərginin bir hissəsi kimi nümayiş etdirilib.
Muzey işçiləri oğurluqdan səhər saat 3:30-da pəncərələrdə şübhəli izlər aşkar etdikdə xəbər tutublar. Faktla bağlı araşdırmalara başlanılıb. Mütəxəssislər dəymiş ziyanı qiymətləndirməyə davam edir.