image-rt-reklam
image-1backend

Məşhur məşqçinin sirli xanımı illər sonra gündəmə gəldi: Görün kimdir – FOTOLAR

image-728x90

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Globe Soccer Awards”a görə Premyer Liqada mövsümünün ən yaxşı məşqçisi seçilib.

Ulusal.az xəbər verir ki, mükafatın təqdimatı zamanı diqqət mərkəzində ispaniyalı mütəxəssisin həyat yoldaşı olub. Sosial şəbəkələrdə bir çox pərəstişkarının diqqətini cəlb edən Lorena həyat yoldaşının zəfərini təbəssümlə qarşılayıb. Artetanın 43 yaşlı xanımı uzun fasilədən sonra ilk dəfə müzakirə olunur. O, nə Artetanın, nə də özünün karyerası kontekstində gündəmə gəlmir.

Lorenanın 17 yaşında “Miss İspaniya” müsabiqəsində qalib gəlib. O, yaşının az olmasına görə dünya tacına iddialı ola bilməyib. İndi ispaniyalı xanım özünü aktrisa, teleaparıcı və mənəvi həyat məşqçisi adlandırır. Onun hətta “Live Love Better” adlı koçinq şirkəti də var.

O, məşhur İspaniya şoularında iştirak edib. “Luna Negra” və Lusiya Kintana, bundan sonra hətta “Mayami Vice” və “The Good Doctor” filmlərində oynayaraq Hollivud bazarına daxil olub.

Maraq üçün qeyd edəcək ki, cütlük 22 ildir, 2002-ci ildən birlikdədir.

Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90