image-rt-reklam
image-1backend

Məşhur məşqçi bu futbolçuya görə “Qarabağ”ın düşərgəsinə gəldi

image-728x90

Qış transfer pəncərəsinin son günlərində “Qarabağ”a qoşulan yarımmüdafiəçi Kadi Borges əvvəlki performasına qayıtmağın yollarını axtarır.

Köhnə-yeni komandasına gələrkən həm fiziki, həm də oyun baxımından əvvəlki kimi olmayan braziliyalı futbolçu ideal formaya çatmaq üçün Bakıya Braziliyadan məşqçi dəvət edib.

Söhbət bu ölkənin tanınmış performans məşqçilərindən biri olan Lukas Karvalyodan gedir. O, hazırda Bakıdadır. Karvalyo “Qarabağ”ın məşqlərindən əlavə olaraq Kadi ilə hazırlıq keçir. O, həmyerlisi üçün xüsusi proqram hazırlayıb. Məqsəd onun qısa zamanda əvvəlki formasını bərpa etməkdir.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90