image-rt-reklam
image-1backend

Məşhur iş adamı deputat olmaq istəyir

image-728x90

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının  ərazi partiya təşkilatının sədri Arif Qaraşovun oğlu, iş adamı Fərhad Qaraşov millət vəkili olmaq istəyir. Saytımıza verilən məlumata görə tanınmış iş adamı Yasamaldan millət vəkili seçilmək istəyir.

Xatırladaq ki, Fərhad  Qaraşov XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının  sədri,iqtisad üzrə fəlsəfə doktoru, “Made in Azerbaijan” məhsulu olan “Originar” brendinin yaradıcısıdır.

Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olub.

1992–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universitetdə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Oranı bitirdikdən sonra 2007–2010-cu illərdə universitetin beynəlxalq ticarət ixtisası üzrə magistraturasını bitirmişdir.

2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur.

2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.

2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır.

2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin “Business Administration” ixtisası üzrə MBA dərəcəsi almışdır.

2017-ci ildə “Kapital Bank” ASC-nin Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı sədri, daha sonra YAP Nəsimi təşkilatının Gənclər birliyinin sədr müavini seçilmişdir.

2009–2017-ci illər arasında “Kapital Bank” ASC-nin müxtəlif filiallarında müdir müvini və müdir vəzifələrində işləmişdir.

Ailəlidir. İki övladı var.

2017-ci ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90