Ulusal.az xəbər verir ki, Gürcüstanın futbol komandası dünən axşam saatlarında ilk dəfə Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atıb.
Avro-2024-ün seçmə mərhələsinin keçid pley-off mərhələsinin finalında gürcülər Yunanıstan millisini penalti zərbələri ilə məğlub ediblər.
İtaliya “Napoli”sinin və Gürcüstan millisinin cinah yarımmüdafiəçisi Xviça Kvaratsxeliya millinin tarixi qələbəsindən sonra soyunub-geyinmə otağında ləzginka rəqsi edib.