Mərhum yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilmiş Azərbaycan filmi olan “Dəli Kür ” filmində Rus Əhməd obrazı var. Uzun illər çoxları üçün maraqlı olan və real hadisələr əsasında çəkilmş filmdə Rus Əhmədin əslində kim olması böyük maraq doğururdu. Ulusal.az xəbər verir ki, tarixçi Araz Vəliyev Rus Əhmədin əslində Azərbaycanda doğulduğu və rus dilini mükəmməl bildiyi üçün bu adla çağırıldığını bildirib. Həmin dövrdə Qazaxdan 30-a yaxın uşağı şəxsi təşəbbüsü ilə fədakarlıq edib öyrədən, Zaqafqaziya(Qori) Müəllimlər Seminariyasına qəbul olmalarına vəsilə olmuş, “Dəli Kür” filmindəki Rus Əhməd kim idi?
Əhməd Osman oğlu Cəbrayılov-16 iyun 1889 -cu il tarixdə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur.
Bu ona məxsus attestatlardır:
1900-cu ildə Tiflis Müslüman məktəbinə qəbul olmuş,1906-cı ildə altı illik tam kursu bitirərək attestat almışdır.Attestat məktəbin tam ştat baxıcısı Müfti Hüseyn Əfəndi Qayıbovun imzası ilə də təsdiqlənmişdir.