Gənc meksikalı boksçu Xesus Merkado Kabrera ABŞ sərhədindən çox da uzaq olmayan Sonora və Aşağı Kaliforniya ştatlarının sərhəddindəki səhralıq ərazidə ölü tapılıb. Ulusal.az xəbər verir ki, bu barədə “Marca” xəbər verir. 21 yaşlı idmançının cəsədi vərəqə sarılıb və lentlə bağlanıb.
Xatırladaq ki, idmançının ailəsi bir neçə gündür itkin düşməsi ilə bağlı açıqlama vermişdi. Yerli hüquq-mühafizə orqanları bildiriblər ki, Merkadonun cəsədi bədəndə olan bir neçə döymə sayəsində tanınıb. Meyitin üzərində görünən zorakılıq əlamətləri yox idi, lakin Sonora ştatının prokurorluğu araşdırmaya başlayıb. Məlumdur ki, Merkado sentyabrın 27-də Hermosillo şəhərində Adrian Ruislə döyüşməli idi. Xesus Merkado Kabrera yeddi qələbə, doqquz məğlubiyyət və bir heç-heçə əldə edib.