image-rt-reklam
image-1backend

Məşhur blogerdən ŞOK SÖZLƏR: “Çox aqressiv idilər; nəfəs ala bilmirdik…”

image-728x90

170 ölkəni gəzmiş Lauren Heavner ən çox məyus olduğu 5 ölkəni açıqlayıb.

Ulusal.az xəbər verir ki, amerikalı məşhur bloger və səyahətçi adını çəkdiyi 5 ölkəyə səyahət etməyi məsləhət görmür. O bunun səbəblərini də açıqlayıb. Bir ölkəni “şişirdilmiş”, digərini “aqressiv” adlandırıb.

Ulusal.az blogerin açıqladığı siyahını və və səbəbləri təqdim edir:

Monako: Lauren buranı “yalnız ultra zənginlər üçün” nəzərdə tutulmuş bir yer kimi təsvir edir və burada mədəni dərinliyin çatışmadığını bildirir.

Kanada: Təbii gözəlliklərinə baxmayaraq, Lauren Kanadanı çox tanış və proqnozlaşdırıla bilən hesab edib.

Qana: Paytaxt Akkrada ediləcək işlərin az olması və bəzi yerlərdəki çox aqressiv atmosfer onu narahat edib. Bundan başqa, bloger ölkədə bəzi sosial problemlərin və qeyri-adi davranışların olduğunu vurğulayıb.

Fransa: Xüsusilə Paris “şişirdilmiş” və turistlər üçün “soyuq münasibətli” bir yer kimi xarakterizə edilib. O, Fransanın digər bölgələrini, məsələn, Fransız Rivyerasını üstün tutur.

Malayziya: Məşhur bloger Malayziya haqqında bunları deyib: “Mən bir qrup dostumla Batu mağaralarına getdim. Həddindən artıq isti və rütubətli idi, hətta nəfəs almaq çətinləşirdi”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90