Məşhur azərbaycanlı müğənni, bəstəkar Aşqın Emami otkin düşüb. Ulusal.az xəbər verir ki, çərşənbə günü səhər saatlarında müğənni Təbrizdə ETTELAAT tərəfindən həbs edilib. O vaxtdan bəri onun barəsində heç bir məlumat almaq mümkün deyil.
Güney azərbaycanlı sənətçinin ailəsinə yaxın məlumatlı mənbə xanım Emaminin həbs oluna biləcəyini açıqlayıb. Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün paylaşımlar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.
Hələlik, xanım Emaminin həbsinin səbəbləri, onun saxlanıldığı yer və barəsində irəli sürülən mümkün ittihamlar haqda dəqiq məlumat yoxdur.
Xatırladaq ki, bir neçə gün öncə İran təhlükəsizlik qüvvələri məhkəmə qərarı göstərmədən xanım Emaminin evinə basqın edib, orada axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər.