Türkiyədə qeyri-qanuni mərc oyunları və virtual qumarın təşviqi ilə bağlı araşdırmalar davam edir.
Sosial media fenomeni Kerimcan Durmaz və aktyor Atakan Yılmaz qanunsuz mərc oynamağı təşviq etmək ittihamı ilə saxlanılıb.
Eyni zamanda, iş adamı Sadettin Saranın xaricə çıxışı qadağan edilib.
Sosial media fenomeni Kerimcan Durmaz Beykozda yerləşən evindən sağlamlıq müayinəsi üçün xəstəxanaya aparılıb və daha sonra polis şöbəsinə yönləndirilib.
Qeyd edək ki, bu araşdırma daha əvvəl məcburi ifadəsi alınan məşhur şəxslər, o cümlədən Mehmet Ali Erbil və Serdar Ortaç kimi adların iştirakını da əhatə edir.
Araşdırmalar davam edir.Milli.Az