“İran parlamentinin “Millət vəkilləri”, bir sözlə molla rejiminin qulbeçələri Azərbaycanın İsraildə səfirlik açmasını pisləyərək, açıq-aşkar dövlətimizin suveren haqq və hüquqlarına müdaxilə edib, ölkəmizi təhdid ediblər.” -Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki. fars rejimi Azərbaycanın İsraillə strateji tərəfdaşlığını qəbul etmək istəmir.
“Fars rejimi Azərbaycanı “İslam dünyasının mənafeyinə zidd hərəkət etməkdə” günahlandırıblar. Nə dinə, nə İslama, nə vicdana yaxından-uzaqdan aidiyyatı olmayan bu rejimin parlament adlanan şər-böhtan yuvası utanmadan dünya müsəlmanları adından danışaraq, guya müsəlmanların Azərbaycanı “məzlum fələstinlilərə” qarşı cinayətlərdə şərik hesab edəcəyini də bəyan ediblər. 30 ildir ki, ermənilərə havadarlıq edən fars rejimi öz əməllərini görmək istəmir. 30 ildir səsi çıxmayan fars rejimin birdən -birə “İslam aşıqi”nə çevrilməsi olduqca gülüncdür. Çünki 30 il ərzində gözləri qarşısında Qarabağda məscidlər ermənilər tərəfindən tari-mar ediləndə fars rejimi nədənsə susurdu. Bu İran adlı bir rejimin çirkin siyasətinin bariz nümünəsidir” -deyə Arzuman Muradlı bildirib.






















