Mərkəzi Avropanın ən böyük neft-qaz şirkəti olan Avstriyanın OMV şirkəti “Qazprom Export” ilə qaz tədarükü müqaviləsini ləğv edib. Müqavilə 2006-cı ildə bağlanıb və 2040-cı ilə qədər qüvvədə olmalı idi.
Bu barədə şirkət öz saytında məlumat yayıb. OMV rəhbərliyi qərarını “Qazprom Eksport” tərəfindən müqavilə öhdəliklərinin çoxsaylı pozulması ilə izah edib.
OMV-nin saytında qeyd olunur ki, onun qaz anbarları 85% doludur və öz öhdəliklərini alternativ mənbələrdən, xüsusən də “Norveç və Avstriyadakı öz qaz hasilatı, üçüncü tərəf qaz istehsalçıları, eləcə də əlavə uzunmüddətli LNG tədarükü hesabına təmin edəcək.
2023-cü ilin yanvarında OMV bir il əvvəldən qaz tədarükünün dayandırılması ilə əlaqədar “Qazprom Export”-a qarşı iddia qaldırıb. Məhkəmə Avstriya şirkətinin maraqlarını təmin edib.
“Qazprom Export” arbitraj prosesində qalib gəldiyini elan etdikdən bir gün sonra OMV bildirib ki, “Qazprom”-dan noyabrın 16-dan etibarən qaz tədarükünü tamamilə dayandıracağına dair bildiriş alıb.
OMV oktyabrda tədarük etdiyi 230 milyon avro dəyərində qazı məhkəmə qərarından sonra kompensasiya olaraq ödənişsiz götürüb. Bundan sonra Rusiya tərəfi birbaşa tədarükü dayandırıb.
Rusiya Xarici İşlər Nazirliyi Avstriya şirkətinin davranışını vicdansızlıq adlandırıb və Moskvanın xeyriyyəçiliklə məşğul olmaq niyyətində olmadığını vurğulayıb.