image-rt-reklam
image-2backend

“Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır!”

image-728x90

Seçmək də, seçilmək də kifayət qədər həyəcanlı və məsuliyyətli bir vəzifədir. Son həftələr ərzində apardığım təşviqat kampaniyası çərçivəsində səfər etdiyim bütün yaşayış məntəqələrində yüksək əhval- ruhiyyə ilə görüşə gəlmiş seçicilərimlə qarşılaşdım. Onların bu görüşlərə göstərdiyi marağı, keçən dönəm ərzində ərazilərdə görülmüş işlərlə bağlı məmnunluğunu, dövlət başçımızın ünvanına səsləndirdikləri alqışları böyük minnətdarlıq hissi ilə xatırlayıram. Xalq görülən işlərin dəyərini yaxşı bilir və onların əhəmiyyətini yüksək qiymətləndirir. Seçki günü xalq tərəfindən nümayiş etdirilmiş mütəşəkkillik və ərazidə hökm sürən bayram əhval-ruhiyyəsi də bir daha bunu təsdiq etdi. Seçicilərimiz öz vətəndaşlıq vəzifələrini layiqincə yerinə yetirərək seçimlərini etdilər. Onlar öz sözünü dedilər. Bir aya yaxın davam etmiş seçki həyəcanı arxada qaldı.
İndi növbə bizdədir. Qarşımda əvvəllər də olduğu kimi, həmişə dəyərli seçicilərimin yanında olmaq, onların qayğıları ilə yaşamaq, onların hər bir konstruktiv təşəbbüslərini dəstəkləmək və dövlət quruculuğunun mütərəqqi qanunvericilik bazasının yaradılması prosesində onların maraqlarını təmsil etmək kimi məsuliyyətli vəzifələr durur. Gələcək fəaliyyətimdə bu vəzifələrin məsuliyyətini vicdanla və səmimiyyətlə daşımağı, göstərilən bu yüksək etimadı layiqincə doğrultmağı xalqımız qarşısında müqəddəs borcum hesab edirəm. Öz seçimləri ilə bu şərəfli missiyanı mənə həvalə etmiş bütün seçicilərimə isə dərin ehtiramımı və sonsuz minnətdarlığımı bildirirəm.
Son həftələr ərzində apardığım təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə təşkil etmiş Seçki Qərargahımın bütün üzvlərinə, o cümlədən bu kampaniyada böyük fədakarlıqla və səmimiyyətlə könüllü olaraq çalışmış bütün ziyalılara, gənclərə, vəkillərimə və müşahidəçilərimə dərin minnətdarlığımı bildirirəm.
Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır!
Hər birinizə sevgi və sayğılarımla,
Cavanşir Feyziyev

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90