image-rt-reklam
image-1backend

“Mənim pulum var, sadəcə, Bakıda oynamaq və yaşamaq istəyirəm”

image-728x90

Azərbaycan millisinin sabiq forvardı Ruslan Qurbanov ölkəmizə qayıdıb.

Ulusal.az xəbər verir ki, 33 yaşlı hücumçu apasport.az-a müsahibəsində planlarından danışıb:

– Azərbaycana qayıdacağınla bağlı xəbərlər yayılıb. Həqiqətən “Hypers Guba”ya keçəcəksən?

– Mən Azərbaycanı çox sevirəm. Bəli, doğru xəbərdir. Üstəlik, belə şans varsa, dəyərləndirmək istədim. “Hypers Guba” ilə anlaşmışıq.

– Son dəfə Rusiyada Medialiqada oynayırdın. Orda liqanın səviyyəsi necədir?

– Bəli, orda idim. Liqanın səviyyəsi isə çox yüksəkdir. Demək olar ki, Rusiya birinci liqasının səviyyəsindədir. Medialiqa inkişaf edir. Özünüz də bunu görəcəksiz.

– Yeni komandan 2-ci Liqada mübarizə aparır. Maddi cəhətdən də səni razı salan təklif oldu?

– Mənim üçün pul o qədər də önəmli deyil. Çünki pulum onsuz da var. Mən sadəcə Bakıda oynamaq və orda yaşamaq istəyirəm. “Hypers”ə də xeyir vermək niyyətindəyəm. Qarşımıza qoyulan məqsəd isə 1-ci Liqaya yüksəlməkdir.

– Qubada yaşayacaqsan, yoxsa Bakıda yaşamaq sənin üçün daha əlverişlidir?

– Hələ ki, heç nə bilmirəm. Zamanla hər şeyi görəcəyik. Mənim istəyim yeni komandama xeyir verməkdir.

– Artıq 33 yaşındasan və 2-ci Liqada oynayacaqsan. Səncə, Premyer Liqada oynamaq şansı yaranarsa, bundan istifadə edə bilərsən?

– 33 yaşım olsa da, mən Premyer Liqada da oynaya bilərəm. Gücüm yetəri qədərdir. Artıq çəkim yoxdur. Allah nə qərar verəcəksə, elə də olsun. Hazırki vəziyyətimdən narazı deyiləm.

– Premyer Liqada oynamaq gücündəsən?

– Əlbəttə. Asanlıqla Premyer Liqada oynayaram. Dediyim sözə də əminəm. Təəssüf ki, Premyer Liqanın səviyyəsi yüksəlməyib, əksinə düşüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90