image-rt-reklam
image-1backend

Menecer oğurlandı, bu ölkədə neft və qaz hasilatı dayandırıldı: Zərər böyükdür

image-728x90

Liviyanın şərqində Mərkəzi Bankın idarəçiliyi ilə bağlı fikir ayrılıqları səbəbindən bütün neft yataqlarında, limanlarda və qurumlarda hasilat və ixrac dayandırılıb.

Liviya Milli Neft Şirkəti Nümayəndələr Palatasının (HOR) neft və qaz quyularını hasilata bağlamasından sonra 3 gün ərzində 120 milyon dollardan çox zərər gördüyünü açıqlayıb.

Liviya Mərkəzi Bankı avqustun 18-də İnformasiya Texnologiyaları üzrə menecer Musab Müslümün oğurlanması səbəbindən bütün əməliyyatlarını dayandırıb. Yeni idarə heyətinin yaradılması ilə bağlı məsələlər fikir ayrılıqlarına səbəb olub.

Liviya Prezident Şurası avqustun 18-də verdiyi yazılı açıqlamada, Liviya Mərkəzi Bankının yeni prezidentinin seçilməsi ilə bağlı yekdilliklə qərar verildiyini açıqlayıb. Lakin Nümayəndələr Palatası avqustun 19-da bu qərarı rədd etdiyini bildirib.

Qeyd edək ki, Siddik əl-Kebir 2011-ci ildən Liviya Mərkəzi Bankının prezidentidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90