image-rt-reklam
image-1backend

“Məndən tez-tez soruşurlar ki, Azərbaycan yenidən Ermənistana hücum edəcəkmi?..”

image-728x90

“Ermənistan 1988-ci illərdən 2020-ci ilin sentyabrınadək davam edən deportasiya, işğal və soyqırımlara görə cavab veribmi, cəzalandırılıbmı, Azərbaycan dövlətinə, xalqına vurduğu maddi və mənəvi ziyanlara görə kompensasiya ödəyibmi?..”

“Məndən tez-tez soruşurlar ki, Azərbaycan yenidən Ermənistana hücum edəcəkmi?..”

Bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “X” səhifəsində yazıb.

“Mənim cavabım odur ki, Azərbaycanın Ermənistana hücum etmək üçün heç bir hüquqi əsası yoxdur. 2021-ci ildən başlayaraq bütün hərəkətlər təcavüz aktıdır və beynəlxalq cinayət hüququna görə cinayət sayılır. Azərbaycanın Ermənistan ərazilərini işğalı cəzasız olaraq qalır.

Beynəlxalq ictimaiyyət Azərbaycanın hərbi təcavüzünün legitim olmadığını qəbul etməli və danışıqlara qayıtmağa çağıraraq qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməlidir”, – deyə E.Marukyan davam edib.

Zəruri şərh:

Marukyana demək lazımdır ki, birincisi, Azərbaycanın Ermənistan ərazisinə təcavüzü heç bir beynəlxalq sənəddə təsdiqini tapmayıb.

İkincisi, sual olunur: Ermənistan 1988-ci illərdən 2020-ci ilin sentyabrınadək davam edən deportasiya, işğal və soyqırımlara görə cavab veribmi, cəzalandırılıbmı, Azərbaycan dövlətinə, xalqına vurduğu maddi və mənəvi ziyanlara görə kompensasiya ödəyibmi?

Üçüncüsü, isə əgər söhbət Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsindən gedirsə, xatırladırıq ki, İrəvan xanlığı da daxil olmaqla həmin əraziləri XX əsrin əvvəllərində Rusiya və digər beynəlxalq güclərin dəstəyi ilə faktiki ələ keçirib…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90