image-2000x150
image-melorasiyabackend

Melorasiyanın sevimli şirkəti – “Art-Proje” yenə 220 minlik tenderin qalibi oldu

image-728x90
Samux Suvarma Sistemləri İdarəsi Su nasoslarının ehtiyat hissələrinin satın alınması bağlı müsabiqəyə yekun vurub.


Ulusal.az xəbər verir ki, müsabiqənin qalibi “Art-Proje” MMC olub. Samux Suvarma Sistemləri ilə şirkət arasında bağlanan satınalma müqaviəlsinin maliyyə dəyəri 221 min 665 manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Art-Proje” MMC 18 may 2001-ci ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Əliyev Əkram Musa oğludur. Nizamnamə kapitalı 1 milyon 370 min manat olan şirkətin hüquqi ünvanı əvvəl Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 4, mənzil 23 göstərilsə də, hazırda hüquqi ünvan kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4829 A göstərilib. 2023-cü ildə şirkətin reyestr məlumatlarında dəyişiklik olub. Görünür, MMC-nin ünvanı da bu zaman dəyişib.

Bir müddət əvvəl şirkətin külli miqdarda vergi borcunun olması barədə məlumat yayılmışdı. Şirkətin hazırda vergi borcu yoxdur. “Art-Proje” MMC 21 ildir fəaliyyət göstərir, lakin açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Araşdırmalarımız zamanı bəlli olub ki, “Art-Proje” MMC əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərinin qalibi olur və bu proses qanun pozuntuları müşahidə olunur. Məsələn, ötən il ASC ilə şirkət arasında maliyyə dəyəri 208 min 674 manat olan satınalma müqaviləsi imzalanıb. Həmin vaxt “Art-Porje” MMC-nin nə az, nə çox – düz 655 min 774 manat vergi borcu olub. “Dövlət satınalamları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. Lakin nədənsə qanun “Art-Proje” MMC üçün keçərli olmayıb. Bu da “Art-Proje” MMC-nin tender əməliyyatlarında istifadə olunması üçün yaradılan şirkətlər sırasında olmasına şübhələr yaradır.Kommersant.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90