image-rt-reklam
image-1backend

“Məlhəm” hospitalı yazıçını məhkəməyə verdi – 100 min manat istəyirlər

image-728x90

“Məlhəm” hospitalı gənc yazıçı-jurnalist Ulucay Akifi məhkəməyə verib.

“Yeni Sabah”ın xəbərinə görə, bunu yazarın özü bildirib.

U.Akifin sözlərinə görə, xəstəxana ondan 100 min manat təzminat tələb edir:

“Xəstəxananın baş həkimi Sevda Əlizadə və digər həkimləri mətbuata açıqlama verirlər ki, guya bizim xəstəxanaya borcumuz var, ödəmirik. Bacım doğuşa girən kimi yoldaşı əməliyyatın pulunu xəstəxanaya ödəyib, çek də qalır bizdə. Əməliyyatdan iki gün sonra xəstəxana özü uşağın artıq yaşamayacağını deyib əməliyyat üçün edilmiş ödənişin bir qismini geri qaytardı. Uşaq indi də xəstəxanadadır, boru ilə qidalanır, çox gözəl başa düşürəm ki, bunların hamısı məsrəfdir, xərc tələb edən şeylərdir və hamısı hesablanır. Uşaq 20 günə yaxındır xəstəxanadadır və bu 20 günə görə bizə 10 mindən çox borc yazılıb və biz bu pulu ödəmirik, bunu düz deyirlər. Çünki xəstəxananı, həkimi məhkəməyə vermişik. Uşağın bu vəziyyətə düşməsinin səbəbkarı həkim Pərvin Xəlilova və dolayısı ilə xəstəxanadır. Məhkəmə aydınlaşdıracaq kim haqlıdır, kim haqsız, onda bəlli olacaq o pulu kim ödəməlidir”.

O deyib ki, doğuşdan sonra bacısına sənəd imzaladıblar: “Guya bacısı özü keysəriyyə əməliyyatına razı olmayıb. Deyirlər ki, guya anam icazə verməyib qeysəriyyə əməliyyatına, hətta sənəd də imzalayıb əməliyyatdan qabaq. Anam əməliyyat zamanı xəstəxanada olmayıb heç. Təsəvvür edin ki, doğuşdan sonra həkim bacıma deyib, əməliyyat uğurlu keçdi, sabah ikinizi də evə buraxacağıq, amma bir dənə bu sənədi imzala ki, qeysəriyyə əməliyyatına özün razı olmamısan. Bacım da deyib ki, axı mən elə şey deməmişəm. Həkim isə deyib ki, sən əməliyyata girəndə anan deyib, ananın əvəzindən imzala. Bacım da imzalayıb. Əməliyyatdan sonra sənəd imzalatmaq nə deməkdir? Araşdırsın bunu da prokurorluq. Xəstəxananın hər yeri kamerayla doludur, görüntüləri çıxartsınlar, görək əməliyyatdan qabaq bacım nəsə imzalayıb ya əməliyyatdan sonra?”.

Yazıçı bildirib ki, 8 aylıq hamiləlik dövründə də bacısının bütün müayinələri o xəstəxanada keçib və heç bir problem olmayıb.

Xatırladaq ki, 20 gün əvvəl vətəndaş Gülənay Məmmədovanın “Məlhəm” hospitalında övladı dünyaya gəlib. Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi aşkarlanıb. Yaxınları buna görə xəstəxananın həkimi Pərvin Xəlilovanı günahkar bilirlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90