image-rt-reklam
image-1backend

MƏLEYKƏ ABBASZADƏYƏ 2 MÜAVİN TƏYİN EDİLDİ – Əmr imzalanıb

image-728x90

Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri təyin edilib. Bu barədə müvafiq əmr imzalanıb.

Ulusal.az  DİM-in saytına istinadən xəbər verir ki, Namiq Babayev və Bəhram Xəlilov DİM İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.

Xatırladaq ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.

N.Babayev və B.Xəlilov isə DİM-in Direktorlar Şurası sədrinin müavini vəzifəsini icra ediblər.

Qeyd edək ki, Prezidentin ötəngünkü Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90