image-rt-reklam
image-1backend

Məktəblini təhqir edən qızlar qohumdurlar – Nənəsi ŞOK faktlar açıqladı

image-728x90

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.

Ulusal.az xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.

O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib:

“Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gəlib-gedib. İki övladı var, ərköyün və Firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox Firondur, onunla bacarmırlar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90