image-rt-reklam
image-1backend

Məişət zorakılığından əziyyət çəkən şəxslərə hüquqi xidmət göstərildi

image-728x90

2023-cü ildə Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi “Məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə,polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işin təşkili ” layihəsi nəzərdə tutulan fəaliyyət planına əsasən Zaqatala , Masallı və Biləsuvar rayonunda məişət zorakılığından əziyyət çəkən şəxslərə hüquqi xidmətin təşkili haqqında təlimlər və xidmətlər həyata keçirmişdir.

Lahiyə çərçivəsində məişət zorakılığına məruz qalan 45 şəxsin müraciəti əsasında hüquqi xidmət göstərilib. Hüquqi sənədləri məhkəməyə hazırlanıb. Hər rayonda 3 nəfər olmaqla 9 iş məhkəməyə aparılmışdır. Məhkəməyə qaldırılmış iş məhkəmə qətnaməsi ilə sonlandırılmışdır.
Məişət zorakılığına məruz qalmış üç qadının həyat hekayələri əsasında kinofilm çəkilmişdir.
Bu kinofilm 16 günlük fəallıq kampaniyasında Biləsuvar,Zaqatala və Masallı rayonlarında nümayiş etdiriləcəkdir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

image-1 image-2

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90