Nazir çıxışında qeyd edib ki, bu layihə yalnız yol infrastrukturu deyil, eyni zamanda xidmət, istehsal və inkişaf baxımından da böyük əhəmiyyət daşıyır:
“Bu gün ölkəmizin parlaq gələcəyinə atılan önəmli bir imzanın şahidi oluruq. Eyni zamanda, şəhər içi nəqliyyatın rahatlamasına xidmət edəcək strateji əhəmiyyətli qovşaqları da istifadəyə veririk.”
Antalyanın yalnız turizm şəhəri olmadığını, eyni zamanda zəngin mədəni irsi, iqtisadi potensialı və qlobal baxışı ilə Türkiyənin gücünü əks etdirdiyini vurğulayan Ersoy, bölgənin inkişafı üçün atılan hər bir addımın “Türkiyə Yüzyılı” vizyonuna uyğun olduğunu deyib.
Nazir yay aylarında əhalinin və turist axınının artması səbəbilə nəqliyyat infrastrukturunun yenilənməsinin vacibliyini vurğulayıb. Bu çərçivədə yeni terminallarla genişlənən Antalya Hava Limanının yaxşı nümunə olduğunu bildirib.
“Antalya-Alanya Avto yolu, xüsusilə turizm dövründə saatlarla davam edən yol səfərlərini dəqiqələrlə məhdudlaşdıracaq. Bu isə vaxtla yanaşı, komfort, təhlükəsizlik və dayanıqlılıq baxımından böyük qazanc olacaq.”
Nazir 2024-cü ildə Türkiyəyə 62,3 milyon xarici turistin gəldiyini və bununla da ölkənin dünya turizmində 4-cü sıraya yüksəldiyini qeyd edib. Antalya isə bu uğurda mərkəzi rol oynayıb.
Yalnız 19 iyul tarixində Antalya və Qazipaşa hava limanlarından ümumilikdə 102 min xarici turistin giriş etdiyini bildirən Ersoy, bu rəqəmin bütün dövrlərin ən yüksək iyul ayı gündəlik göstəricisi olduğunu əlavə edib.
Antalyanın 233 Mavi Bayraqlı çimərliyi ilə Türkiyədə lider, ölkənin isə 577 çimərliklə dünya üzrə ilk üçlükdə olduğunu bildirən Ersoy, davamlı turizmin təşviq olunduğunu söyləyib.
“Gələcəyə Miras” layihəsi çərçivəsində Antalyada 30-a yaxın arxeoloji qazıntı və bərpa işlərinin davam etdiyini bildirib. Həmçinin, Kemer İdyros bölgəsində Akdeniz Sualtı Arxeologiya Muzeyinin yaradılması istiqamətində işlərin başlandığını açıqlayıb.
2025-ci ilin ilk yarısında mədəniyyət müəssisələrində 1,3 milyon turistin qarşılandığını, Kasım ayında keçiriləcək üçüncü Antalya Mədəniyyət Yolu Festivalının isə bu fəaliyyətlərin mühüm hissəsi olduğunu qeyd edib.
Ersoy çıxışının sonunda Prezident Rəcəb Tayyib Ərdoğana və Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğluna təşəkkür edib.
Tədbirdə çıxış edən Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu isə layihənin bölgədə artan əhali və turizmə cavab olaraq həyata keçirildiyini bildirib.
“Antalya-Alanya Avto yolu 84 km əsas yol, 38 km bağlantı yolu olmaqla ümumilikdə 122 km uzunluğunda bir inkişaf xətti olacaq.”
Layihə çərçivəsində 7 qovşaq, 5 tunel, 16 viyaduk və 4 avtoyol xidmət sahəsi inşa ediləcək. Tunellərin uzunluğu 4.365 metr, viyadukların isə 5.966 metr təşkil edəcək.
Sürət həddi əsas yolda 140 km/saat, bağlantı yollarında isə 110 km/saat olaraq müəyyənləşdirilib.
“Layihə tamamlandıqda, turistlər Alanyadakı Kleopatra çimərliyindən Antalyadakı Kaleiçi və Aspendos teatrına, Manavgat şəlaləsinə daha qısa müddətdə çata biləcəklər. Bu da bölgənin turizm müxtəlifliyini artıracaq, yerli iqtisadiyyata canlılıq gətirəcək və yeni məşğulluq imkanları yaradacaq.”
Nazir yolun yalnız turizm deyil, kənd təsərrüfatına da böyük dəstək verəcəyini bildirib:
“Bu yol iki nöqtəni deyil, bölgənin bütün dəyərlərini, istehsalını və potensialını birləşdirən inkişaf xətti olacaq.”