“Bu il turizmdən ölkəmiz 60 milyarda dollar qazanacaq”- Ulusal.az xəbər verir ki, bu fikirləri NOW News-da Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib.
Türkiyənin 2018-ci ildən etibarən turizm sahəsində yeni yola qədəm qoyduğunu və bu sahədə böyük uğurlar əldə etdiyini bildirən Ərsoy Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı bu ilin turizm rəqəmlərini açıqlayıb.
Nazir bildirib ki, Türkiyə son iki ildə turizmdə rekord nəticəyə sahib olub. “Keçən il 56 milyard dollarlıq gəlir əldə etdik. Bu il bu rəqəmi 60 milyard dollara çatdıracayıq.” – deyə Mehmet Ersoy bildirib.
Nazir bildirib ki, turizm gəlirlərindəki artım 2019-cu ildə Turizmin İnkişafı Agentliyinin yaradılmasından sonra baş verdi.
1800 tarixi əsərin Türkiyəyə geri qaytarıldığını bildirən nazir qeyd edib ki, bundan sonra da qaçaqmalçılıq yolu ilə xaricə aparılan qiymətli sənət əsərləri geri qaytarılacaq.