image-rt-reklam
image-1backend

Məhkəmə aliment ödəməyən şəxsin bəhanəsini qəbul etmədi- Həbs qərarı

image-728x90

Alimentə görə yaranmış 7500 manat borcunu ödəməyən şəxs həbs edilib.

Ulusal.az  xəbər verir ki, Həsənov xanımından ayrıldıqdan sonra övladları üçün təyin edilmiş aliment borcunu son iki ildə ödəməyib. Buna görə ona dəfələrlə xəbərdarlıq edilib. Məhkəmə proseslərinə gəlməyən Həsənov axtarışa verilib.

Həsənov məhkəməyə deyib ki, xanımı ilə son iki ildir barışıb və birlikdə yaşayırlar. Buna görə də aliment ödəməyib.

Lakin Həəsnovun keçmiş həyat yoldaşı bunun yalan olduğun deyib. Bildirib ki, Həsənovla barışmayıb və iki ildən çoxdur ki, aliment ödənilmir. O, maddi imkanının zəif olduğunu, uşaqları məktəbdə oxuduğu üçün xərcləri qarşılaya bilmədiyini deyib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Həsənov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90