image-rt-reklam
image-1backend

Medvedev Ukraynanı tam işğalla hədələdi, ABŞ sözçüsü şifrəli açıqlama verdi – MÜHARİBƏ BÖYÜYÜR

image-728x90

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumlarını şərh edib.

Ulusal.az xəbər verir ki, o, qəzəbli şəkildə “bu andan etibarən xüsusi əməliyyat açıq şəkildə ekstraterritorial xarakter almalıdır”, deyib.

“Bu, artıq sadəcə rəsmi ərazilərimizin qaytarılması və nasistlərin cəzalandırılması əməliyyatı deyil. Hələ də mövcud olan Ukrayna torpaqlarına getmək olar və lazımdır. Odessaya, Xarkova, Dnepropetrovska, Nikolayevə, Kiyevə və ondan kənara. Ukrayna Reyxinin müəyyən tanınmış sərhədləri mənasında heç bir məhdudiyyət olmamalıdır. İndi isə bu, utanmadan və ya diplomatik təzyiqlər olmadan açıq şəkildə müzakirə oluna bilər və edilməlidir”, – Medvedev bildirib.

Göründüyü kimi, son Kursk döyüşünü Rusiya bir bəhanə kimi istifadə edərək, müharibənin miqyasını böyütməyə cəhd göstərəcək. Üstəlik artıq açıq şəkildə Ukraynanın ərazilərini işğala çağırış var. Medvedev Ukraynanı tamamilə məhv etməyə çağırır. Bu, sadə bir rusun qəzəbli açıqlaması deyil; bu Rusiya dövlətinin “xüsusi əməliyyat” kod adı ilə başlatdığı müharibənin yeni ideologiyasıdır. Təbii ki, bütün bunları sözdən əmələ (müharibə meydanına) keçirtmək də xüsusi güc tələb edir. Görünən budur ki, həmin ekstra güc hələlik tərəflərdən heç birində yoxdur. Müharibə 3-cü ilindədir və hər kəs yorulub.

Kursk döyüşləri barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre də şifrəli danışıb. O, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə endirdiyi zərbələr barədə suala cavabında deyib:

“Biz məlumatları gördük və təfərrüatlar üçün Ukrayna hərbçiləri ilə əlaqə saxlamağa hazırlaşırıq. Ümumiyyətlə, biz Ukraynanı Rusiyanın təcavüzündən müdafiəsində dəstəkləyirik. Bu, demokratiya və azadlıq üçün vacibdir. Biz bunu davam etdirəcəyik və onlar özlərini müdafiə edəcəklər”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90