Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk vilayətinə yeni qüvvələr gətirir.
Ulusal.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun müttəfiqi, general-mayor Apti Alaudinov məlumat verib. . O, Telegram kanalında vəziyyətlə bağlı şərhini dərc edib.
General-mayor qeyd edib ki, son bir neçə gündə Kursk istiqamətində sakitlik yaranıb. Amma “Axmat” xüsusi təyinatlılarının komandiri etiraf edib ki, Ukrayna tərəfi qüvvələr və resursları cəlb edir.
Alaudinovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq ərazilərdən birində yeni batalyonu hərəkətə keçirməyə cəhd edib. Daha əvvəl çeçen general Ukraynanın Kursk bölgəsinə hücumunu müharibənin həlledici döyüşü adlandırıb və onun bu il başa çatmasının mümkünlüyünü etiraf edib. Bundan əvvəl Alaudinov Kursk vilayətindəki vəziyyəti proqnozlaşdırıla bilən və sabit hesab edirdi.