image-2000x150
image-1backend

Mbappe “Real”la müqavilə imzaladı

image-728x90

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe 2024-cü ilin fevral ayının ilk həftəsində İspaniya təmsilçisi “Real”la müqavilə imzalayıb.

Ulusal.az “Marca”ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.

Qeyd edək ki, Mbappe bu mövsüm çıxdığı 39 matçda 39 qol vurub, 8 məhsuldar ötürmə edib. Məşhur “Transfermarkt” portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90