Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi İlham Haqverdiyev saxlanılıb.
Ulusal.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.
İlham Haqverdiyev barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.